Biz isti döymə polad, bərkimiş polad döymə və soyuq döymə polad emalı üsulları ilə xidmət göstəririk. Layihələrinizi tələblərinizə və ehtiyaclarınıza uyğun olaraq detallaşdırır və idarə edirik. İstehsalata daxil etdiyimiz layihələriniz vaxtında və tələb etdiyiniz keyfiyyətlə sizə çatdırılır. Davamlılıq və sizin məmnuniyyətiniz bizim üçün istehsalın əsas mərhələləridir.
Metaldan olan detalları və yedək hissələri sizin üçün mexaniki emal edirik. Mexaniki emaldan öncə hazırlanacaq hissələrin 3d dizaynını edirik və gərəkdiyi təqdirdə dərin təcrübələrimizə əsasən tövsiyələrimizi də veririk. Fərqli mexaniki emal metodalarımız, imkanlarımız və keyfiyyətli çalışma prinsiplərimiz ilə gücümüzə güc qatırıq.
Biz ən kiçik komponentlərdən tutmuş avtomobil və müdafiə sənayesi məhsullarına qədər müxtəlif ölçülərdə və kateqoriyalarda plastik hissələri istehsal edirik. Biz həmçinin xüsusi layihələriniz üçün üstün qəlib texnologiyalarımızla plastik inyeksiya istehsal edir və sizə tam dəstək təklif edirik.
Layihələrinizdə sizə lazım olan material xassələrini termiki emal ilə hazırlayıb və sizin üçün dünya standartlarında məhsul istehsal edirik. Yüksək mühəndislik biliklərimizi material biliklərimizlə birləşdirərək, imkansız kimi görünən, lakin üstün iş əzmi ilə əldə edilə bilən keyfiyyət təklif edirik.
Zamana yön vermək təcrübə ilə mümkündür. Eroziyaya uğramış və ya zədələnmiş metallar qumlama metodu ilə yenidən işləyib onlara yenidən həyat veririk. Biz layihə bağlı olaraq müxtəlif aşındırıcılarla qumlama xidməti təklif edirik